İspaniya millisinin baş məşqçisi istefaya göndərilə bilər

saytların hazırlanması

Evə çatdırılma

İspaniya millisinin baş məşqçisi istefaya göndərilə bilər

İdman

26 May 2023 16:23 866


İspaniya millisinin baş məşqçisi Luis de la Fuente yığmadan ayrıla bilər. 

Yenisabah.az "Cadena Ser"a istinadən xəbər verir ki, mütəxəssisin gələcəyi millinin iyunda Millətlər Liqasındakı çıxışından asılıdır. Məşqçinin İspaniya Kral Futbol Federasiyasından və millinin futbolçularından son dərəcə narazı olduğu bildirilir. 

De la Fuente 2023-cü ilin yanvarından İspaniya yığmasını çalışdırır.  pizza sifarişi

Qeyd edək ki, məşqçinin rəhbərliyi altında komanda 5 oyun keçirib, 4-də qələbə qazanıb, 1-də uduzub. 

Xatırladaq ki, Millətlər Liqasının yarımfinal mərhələsinin İspaniya - İtaliya görüşü iyunun 15-i keçiriləcək. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!