İspaniya Türkiyədən 45 ədəd HÜRJET alacaq

saytların hazırlanması

Evə çatdırılma

İspaniya Türkiyədən 45 ədəd HÜRJET alacaq

Dünya

29 Oktyabr 2025 21:16 387


İspaniya hökuməti Türkiyənin ilk milli reaktiv təlim və yüngül hücum təyyarəsi olan HÜRJET-in alınmasına razılıq verib.

"Yeni Sabah" xəbər verir ki, bu barədə "TRT Haber" məlumat yayıb.

Bildirilib ki, İspaniyanın Türkiyədən 45 ədəd HÜRJET təyyarəsi alması ilə bağlı qərar Nazirlər Şurasının iclasında qəbul edilib. pizza hut

Müqavilənin dəyəri 3 milyard 120 milyon avro təşkil edir və anlaşmanın icrasına 2029-2030-cu illərdə başlanılacağı gözlənilir.

Ümumilikdə, müqavilə 30 noyabr 2035-ci ilədək qüvvədə olacaq və uzadılma imkanı nəzərdə tutulmur./Report


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!