Avro-2020-də 1/8 final mərhələsi davam edir.
Yenisabah.az xəbər verir ki, Xorvatiya İspaniya ilə üz-üzə gəlib. İspaniyalı qapıçı Unai Simonun kobud səhvindən sonra Xorvatiya hesabda irəli keçsə də, ispanlar bundan sonra 3 qol vuraraq üstünlüyə yiyələniblər. Amma Xorvatiya təslim olmayıb və 2 qol vuraraq matçın əlavə vaxta qədər uzanmasına nail olub.
Əlavə vaxtda isə İspaniya 2 qol vurub və 1/4 finala vəsiqə qazanıb. pizza
Günün son matçında isə Fransa İsveçrə ilə qarşılaşacaq.
28 iyun
Avro-2020, 1/8 final mərhələsi
20:00. Xorvatiya - İspaniya - 3:5
Qol: Simon, 20 (öz qapısına), Orsiç, 85, Pasaliç, 90+3, - Sarabiya, 38, Azpilikueta, 57, Torres, 77, Morata, 100, Oyarzabal, 103
Baş hakim: Cüneyt Çakır (Türkiyə)
Kopenhagen, "Parken" stadionu
Telegram kanalımız