İspaniyada daşqınların qurbanları arasında Azərbaycan vətəndaşları var? - RƏSMİ

saytların hazırlanması

Evə çatdırılma

İspaniyada daşqınların qurbanları arasında Azərbaycan vətəndaşları var? - RƏSMİ

Siyasət

30 Oktyabr 2024 23:07 906


"İspaniyanın Valensiya şəhərində baş verən daşqınlarda ölən və yaralananlar arasında Azərbaycan vətəndaşı yoxdur".

Bu barədə "Trend"in sorğusuna cavab olaraq Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin Mətbuat Xidməti idarəsinin rəisi Ayxan Hacızadə bildirib.

O, həmçinin qeyd edib ki, Azərbaycanın İspaniyadakı səfirliyinə təxliyə ilə bağlı ölkəmizin vətəndaşlarından müraciət daxil olmayıb. Dominos pizza

Qeyd edək ki, İspaniyanın Valensiya şəhərində baş verən daşqınlar nəticəsində azı 70 nəfər həyatını itirib. 

Xatırladaq ki, bundan əvvəl Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi İspaniya tərəfinə bu ölkədə baş verən daşqınlarda insanların həlak olması ilə bağlı başsağlığı verib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!