İspaniyada leysan: La Liqa matçı təxirə salındı

saytların hazırlanması

Evə çatdırılma

İspaniyada leysan: La Liqa matçı təxirə salındı

Dünya

29 Sentyabr 2025 19:35 452


İspaniya La Liqasının bu axşam keçirilməli olan "Valensiya" - "Ovyedo" matçı əlverişsiz hava şəraiti səbəbindən təxirə salınıb.

Oxu.Az TASS-a istinadən xəbər verir ki, oyunun sentyabrın 30-da baş tutması barədə qərar qəbul edilib.

Bazar ertəsi İspaniyanın Milli Meteorologiya Agentliyi güclü leysan səbəbindən ölkənin bir sıra bölgələrində kəskin hava şəraiti ilə bağlı xəbərdarlıq edib. Ölkənin şərqində leysan təhlükəsi maksimuma yüksəlib. Dominos pizza

Bəzi regionlarda artıq leysan daşqınlara səbəb olub, nəticədə bir sıra yollar bağlanıb. Dəmir yolu xidmətində də problemlər yaşanır. Bundan əlavə, əlverişsiz hava şəraiti ilə əlaqədar Valensiya və Kataloniyanın bir sıra şəhərlərində dərslər ləğv edilib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!