İspaniyada qadınlar virusa daha çox yoluxur

saytların hazırlanması

Evə çatdırılma

İspaniyada qadınlar virusa daha çox yoluxur

Dünya

19 Yanvar 2021 07:07 515


Qadınlar COVID-19 infeksiyasına daha çox məruz qalırlar.

“Yeni Sabah” İspaniyanın Sosial siyasət, ailə və bərabərlik Departamentinə istinadla xəbər verir ki, mütəxəssislər bunu qadınların koronavirusla mübarizənin önündə getməsi və xəstələrlə daha çox təmasda olması ilə izah edirlər. Belə ki, xidmət göstərən tibb işçilərinin 84,5 faizini, qocalar evinin işçilərinin 77,8 faizini, əczaçıların da 76,1 faizini qadınlar təşkil edir.

Bundan başqa, qadınlar koronavirusdan iqtisadi cəhətdən də əziyyət çəkirlər, çünki ən çox iş yerləri (mehmanxana biznesi, pərakəndə ticarət, xidmət sahəsi) məhv edilən fəaliyyət və peşələrə cəlb edilirlər. Dominos pizza

Digər tərəfdən, məsafəli işin yayılması qadınların yükünü artırdı, çünki adətən ev işlərinin və uşaqlara qayğının əsas hissəsi onların üzərinə düşür. /Azertac


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!