İspaniyada virusa yoluxanların sayı 70 mini keçdi

saytların hazırlanması

Evə çatdırılma

İspaniyada virusa yoluxanların sayı 70 mini keçdi

Sağlamlıq

29 Mart 2020 08:59 949


İspaniyanın Səhiyyə Nazirliyi ölkədə koronavirusa yoluxanların sayının 72 min 248 nəfərə çatdığını bildirib. Ölənlərin ümumi sayının isə 5 min 690 olduğu göstərilir.

“Yeni Sabah” xəbər verir ki, son 24 saatda yeni yoluxanların sayı 8 min189, ölənlərin sayı isə 832 nəfərdir.

Məlumatda qeyd olunur ki, hazırda reanimasiya şöbəsində 4 min 575 pasiyent müalicə alır. COVID-19 virusundan sağalan insanların sayı ölənlərin sayından iki dəfəyə qədər artıqdır -12 min 285 nəfər. Dominos pizza

Qeyd edək ki, epidemiyanın başlandığı gündən Madrid şəhərində ölənlərin sayı 345 nəfərə çatıb, bu da bütün ölkə boyu ölüm hallarının təqribən yarısını təşkil edir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!