İspaniyada son gün ərzində 6 mindən çox insan koronavirusa yoluxub, 674 nəfər dünyasını dəyişib.
Yenisabah.az “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.
İndiyədək İspaniyada 130 759 yoluxma halı qeydə alınıb, 12 418 nəfər vəfat edib. 58 mindən çox insan xəstəxanaya yerləşdirilib, onlardan 6,8 mini intentiv terapiya şöbələrindədir, 38 min pasiyent sağalıb. Dominos pizza
Qeyd edək ki, martın 14-dən İspaniyada koronavirusun yayılması ilə əlaqədar yüksək hazırlıq rejimi tətbiq olunub.
Telegram kanalımız