İspaniyanı etiraz aksiyaları bürüdü: 33 nəfər yaralandı

saytların hazırlanması

Evə çatdırılma

İspaniyanı etiraz aksiyaları bürüdü: 33 nəfər yaralandı

Dünya

18 Fevral 2021 10:27 593


İspaniyada terroru tərifləmək və Kral Ailəsini təhqir etməkdə günahlandırılan reper Pablo Haselin ötən gün polis tərəfindən tutularaq həbsxanaya aparılmasına qarşı Kataloniyada başlayan etiraz aksiyaları bütün ölkədə yayılıb.

Yenisabah.az xəbər verir ki, aksiyaya səbəb reper Pablo Haselin İspaniyada terroru tərifləmək və Kral Ailəsini təhqir etməkdə günahlandırılaraq polis tərəfindən tutularaq həbsxanaya aparılması olub. Ölkənin bəzi bölgələrində aksiya zamanı gərginlik yaşanarkən, xüsusilə də, Madrid və Barselonada polis etirazçıları dağıtmağa çalışıb.

Bildirək ki, ötən gün Kataloniyada aksiya nəticəsində 33 nəfər yaralanıb və 15 nəfər nəzarətə götürülüb. Plastik güllədən yaralanan bir gənc isə gözünü itirib. Dördpendirli pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!