İspanlar üçün böyük təhlükə - Koronavirus qayıdır

saytların hazırlanması

Evə çatdırılma

İspanlar üçün böyük təhlükə - Koronavirus qayıdır

Dünya

17 İyul 2020 17:12 1117


İspaniyanın ikinci böyük şəhəri olan Barselonada rəsmilər yoluxanların sayını azaltmaq üçün insanlardan evdən çıxmamalarını və 10 nəfərdən artıq insanın bir yerə toplaşmamasını tələb edib.

Yenisabah.az xəbər verir ki, təxminən 1.6 milyon əhalisi olan Barselonada koronavirusa yoluxanların sayı ötən həftə ilə müqayisədə kəskin şəkildə artıb. Məhz bu səbəblə şəhərin yerləşdiyi Kataloniya bölgəsini  səhiyyə rəhbəri Alban Verges insanları məsuliyyətli olmağa çağırıb:

"İnsanlar lazım olmadıqca evdən çıxmamalıdır. Hazırda bu kimi tədbirləri görməyiniz çox önəmlidir, çünki təcridin qarşısını almağın  ən yaxşı yolu budur". Marqarita pizza

Qeyd edək ki, İspaniyada ötən gün 580 nəfər virusa yoluxub. Bu, son iki aydakı ən yüksək artışdır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!