İsrail 110 fələstinli məhbusu azad edəcək

saytların hazırlanması

Evə çatdırılma

İsrail 110 fələstinli məhbusu azad edəcək

Dünya

29 Yanvar 2025 21:56 232


İsrail yanvarın 30-da “HƏMAS” ilə razılaşma çərçivəsində həbsxanalarda cəza çəkən 110 fələstinli məhbusu azad edəcək.

“Report”un məlumatına görə, bu barədə Fələstin Əsirlərin İşləri üzrə İnformasiya İdarəsi məlumat yayıb.

Qeyd olunub ki, azad edilənlərin 30-u azyaşlı, 32-si ömürlük həbsə məhkum edilmiş və 48-i isə uzun müddət cəza çəkəndir. pizza hut

Bundan əvvəl “HƏMAS” yanvarın 30-da Qəzza zolağında girov saxlanılan İsrail vətəndaşı Arbel Yehudu, İsrail Müdafiə Qüvvələrinin əsgəri Agam Berger və 80 yaşlı israilli Qadi Mozesi azad edəcəyini açıqlamışdı.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!