İsraildə şirin su ehtiyatlarının böyük bir qismində su səviyyəsi son 23 ildə ilk dəfə "yaşıl xətt"in üstünə çıxıb.
Yenisabah.az xəbər verir ki, bu barədə İsrail Su İdarəsi məlumat yayıb.
Ölkənin ən böyük şirin su mənbəyi olan Taberiye gölündəki su ehtiyatının 2 il ərzində keçmiş normal halına qayıtdığı qeyd olunub. Həmçinin Su İdarəsinin göldəki ekoloji tarazlığı qorumağa çalışdığı və beləliklə, gölün strateji su ehtiyatı olaraq xidmət etməyə davam edə biləcəyi diqqətə çatdırılıb. pizza sifarişi
Qeyd edək ki, bu göstərici son 30 ildə sadəcə beş dəfə müşahidə edilib. Göstəricinin 2020-ci ilin sonunadək belə davam edəcəyi təqdirdə bu, 1993-cü ildən bəri əldə edilən ən yaxşı nəticə olacaq.
Telegram kanalımız