İsrail aviaşirkəti təyyarə qəzası səbəbindən Moskvaya uçuşları dayandırdı

saytların hazırlanması

Evə çatdırılma

İsrail aviaşirkəti təyyarə qəzası səbəbindən Moskvaya uçuşları dayandırdı

Dünya

26 Dekabr 2024 22:41 375


İsrailin “El Al” aviaşirkəti “Rusiya hava məkanındakı hadisələr” səbəbindən Tel-Əvivdən Moskvaya uçuşları növbəti həftə ərzində dayandırmaq qərarını verdiyini açıqlayıb.

"Report" xəbər verir ki, bu barədə "Kanal 7" şirkətin bəyanatına istinadən məlumat verib.

Daşıyıcı bu qərarı Bakıdan Qroznıya uçan AZAL aviaşirkətinə məxsus Embraer 190 təyyarəsinin Qazaxıstanda qəzaya uğramasından sonra qəbul edib. Sezar pizza

Xatırladaq ki, AZAL-a məxsus Bakı-Qroznı aviareysini həyata keçirən sərnişin təyyarəsi dekabrın 25-də Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Avialaynerin göyərtəsində olan 67 nəfərdən 38-i həlak olub, 29-u sağ qalıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!