İsrail Azərbaycan neftinə “elçi düşdü“ -   “Problem nədir ki? Pulunu ver, malı al”

saytların hazırlanması

Evə çatdırılma

İsrail Azərbaycan neftinə “elçi düşdü“ - “Problem nədir ki? Pulunu ver, malı al”

İqtisadiyyat

29 Aprel 2022 15:26 967


“İsrail neftə olan tələbatının təqribən 35-40%-ini Azərbaycanın hesabına ödəyir”.

Bu sözləri Yenisabah.az-a açıqlamasında Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban deyib.

O, Rusiyadan neft alqı-satqısına sanksiya qoyulduğu bir dövrdə İsrailin maliyyə naziri Aviqdor Libermanın Azərbaycana son işgüzar səfərini şərh edib: Toyuqlu pizza

“İsrail neftə olan tələbatının təqribən 35-40%-ini Azərbaycanın ixrac etdiyi neftin hesabına ödəyir. Bu ölkə bir ildə təxminən 9-10 milyon ton neft istehlak edir. Bakı-Tbilisi-Ceyhandan da 3 milyon ton neft alır. İndi İsrail hakimiyyəti istəyər ki, bütün nefti Azərbaycandan alsın, Problem nədir ki? Pulunu ver, malı al”.

İlham Şaban əlavə edib ki, Bakı-Tbilisi-Ceyhan neft kəməri ilə ixrac olunan neftin təxminən 11-12%-i İsrailə gedir. İxrac məhsulunun təqribən 60%-dən çoxu Avropa bazarında satılır. Yerdə qalanı 25-30% isə Asiya bazarına gedir”.

Ekspertin sözlərinə görə, İsrail Azərbaycandan gübrə və taxıl almaqda da maraqlıdır.

Rafi MÜSLÜMOV


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!