İsrail çadırları vurdu: 5 jurnalist öldü

saytların hazırlanması

Evə çatdırılma

İsrail çadırları vurdu: 5 jurnalist öldü

Dünya

12 Avqust 2025 12:50 259


İsrail ordusu Qəzzadakı Şifa Xəstəxanasının yaxınlığında jurnalistlərin yerləşdiyi çadıra hücum edib. 

Yenisabah.az xəbər verir ki, tanınmış müxbir Ənəs əş-Şərif də daxil olmaqla, “Al Jazeera”nın 5 əməkdaşı həlak olub.

Qəzza Şifa Xəstəxanası rəsmilərinin verdiyi məlumata görə, hücum xəstəxana yaxınlığında qurulmuş jurnalist çadırını hədəfə alıb. Toyuqlu pizza

Hücum nəticəsində Qəzzada fəaliyyət göstərən ən nüfuzlu jurnalistlərdən biri hesab edilən “Al Jazeera” müxbiri Ənəs əş-Şərif, Məhəmməd Kurayka və 3 operator həyatını itirib.

İsrail ordusu Ənəs əş-Şərifin öldürüldüyünü təsdiqləyib.

Rəsmi açıqlamada “Şərifin HƏMAS-da hüceyrə rəhbəri kimi fəaliyyət göstərdiyi və İsrailə qarşı raket hücumları planlaşdırdığı” iddiası irəli sürülüb.

Aydan Hacı


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!