İsrailin müdafiə naziri İsrael Katz Qəzza zolağında İsrail Müdafiə Qüvvələrinin (IDF) əməliyyatlarını genişləndirdiyini açıqlayıb.
Yenisabah.az The Times of Israel-ə istinadla xəbər verir ki, məqsəd bir sıra əraziləri "terrorçulardan və onların infrastrukturundan təmizləmək və İsrail Dövlətinin təhlükəsizlik zonalarına əlavə olunacaq geniş ərazini ələ keçirməkdir".
O, həmçinin Zolaq sakinlərini “HƏMAS-ı devirmək və bütün girovları geri qaytarmaq üçün indi irəliləməyə” çağırıb. Toyuqlu pizza
Bundan əlavə, nəşr fələstinlilərə istinadən yazır ki, İsrail quru qoşunları anklavın cənubundakı Rəfah şəhərinin bəzi bölgələrində fəaliyyətə başlayıb.
Keçən Bazar ertəsi IDF Rəfah və yaxın ərazilərin sakinlərinə bölgəni tərk etmələri barədə xəbərdarlıq edərək, sahildəki Muvasi humanitar zonasındakı çadır düşərgələrinə köçməyi tövsiyə edib.
Martın 18-də IDF Qəzza zolağında HƏMAS-a məxsus hədəflərə kütləvi zərbələrin bərpa olunduğunu elan edib. HƏMAS da öz növbəsində bəyan edib ki, İsrail hökuməti hərbi əməliyyatları bərpa etmək qərarı ilə Qəzza zolağında qalan israilli girovların həyatını təhlükə altına qoyur.
Telegram kanalımız