İsrail HHQ İranın F5 qırıcılarını vurdu

saytların hazırlanması

Evə çatdırılma

İsrail HHQ İranın F5 qırıcılarını vurdu

Dünya

22 İyun 2025 14:09 355


İsrailin Hərbi Hava Qüvvələri (HHQ) İrana qarşı genişmiqyaslı hava hücumu həyata keçirib. Hücum zamanı "Dezful" hava limanında yerləşən iki F5 tipli döyüş təyyarəsi məhv edilib.

Yenisabah.az xəbər verir ki, bu barədə İsrail Müdafiə Ordusunun Mətbuat Xidməti məlumat yayıb.

Rəsmi məlumata görə, İsrail qırıcıları həmçinin İran ərazisində, xüsusilə mərkəzi bölgələrdə onlarla hərbi obyektə zərbələr endirib. pizza sifarişi

Məhv edilən hədəflər arasında raket buraxılış qurğuları, partlayıcı maddə istehsalı üçün obyektlər, silah anbarları və hava hücumundan müdafiə sistemləri də olub.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!