İsrail hökuməti orduya əlavə vəsait ayırdı

saytların hazırlanması

Evə çatdırılma

İsrail hökuməti orduya əlavə vəsait ayırdı

Dünya

31 Mart 2026 12:26 302


İsrail hökuməti dövlət büdcəsindən orduya əlavə vəsait ayırıb.

“Yeni Sabah” xəbər verir ki, bunu ölkənin Baş naziri Benyamin Netanyahu sosial şəbəkə hesabında yazıb.

O bildirib ki, qəbul edilən yeni büdcəyə əsasən, təhlükəsizlik və müdafiə ehtiyacları üçün əlavə 32 milyard şekel (təxminən 8,6 milyard ABŞ dolları) ayrılıb. Hökumət başçısının sözlərinə görə, bu vəsait İsrail Müdafiə Qüvvələri və digər təhlükəsizlik qurumlarının əməliyyat imkanlarını gücləndirmək, həmçinin davam edən hərbi fəaliyyətlərdə üstünlüyü təmin etmək məqsədi daşıyır. Dördpendirli pizza

Bundan əlavə, B.Netanyahu qeyd edib ki, Qəzza zolağına yaxın ərazilərin və ölkənin şimal bölgələrində yerləşən yaşayış məntəqələrinin bərpası üçün də 5 milyard şekel (təxminən 1,35 milyard dollar) vəsait ayrılıb. Bu məbləğ daha əvvəl bu istiqamətdə nəzərdə tutulan 30 milyard şekelə əlavə olaraq ayrılır.

Baş nazir vurğulayıb ki, hökumət həm təhlükəsizlik, həm də mülki infrastrukturun bərpası məsələlərinə paralel şəkildə diqqət yetirir.

Aytac Əliyeva


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!