İsrail İran komandirlərini belə hədəf alıb - ŞOK DETAL

saytların hazırlanması

Evə çatdırılma

İsrail İran komandirlərini belə hədəf alıb - ŞOK DETAL

Dünya

30 Avqust 2025 23:44 750


İsrail son 12 günlük müharibə zamanı İran hərbi və təhlükəsizlik rəsmilərini izləmək üçün onların cangüdənləri və sürücülərinin mobil telefonlarını "sındırıb".

"Azad İran" "Telegram" kanalı bu barədə "The New York Times"a istinadən məlumat yayıb.

Bildirilib ki, bu üsulla əldə edilən məlumatlar iyunun 16-da Tehranda Ali Milli Təhlükəsizlik Şurasının iclası keçirilən məkana hücum zamanı da istifadə olunub. Həmin hücumda bir neçə mühafizəçi həlak olub. Dominos pizza

Qəzetin məlumatına görə, mühafizəçilərin mobil telefonlardan ehtiyatsız istifadəsi - xüsusilə də sosial mediada paylaşdıqları məlumatlar - İsrailə İran hərbçilərinin hərəkətlərini izləmək və nüvə proqramı ilə bağlı fəaliyyətləri hədəfə almaqda yardımçı olub.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!