İsrail İrana hücumu azı üç həftə davam etdirməyi planlaşdırır

saytların hazırlanması

Evə çatdırılma

İsrail İrana hücumu azı üç həftə davam etdirməyi planlaşdırır

Siyasət

15 Mart 2026 19:57 513


İsrailin İrana qarşı hərbi əməliyyatı azı daha üç həftə davam edəcək.

"Yeni Sabah" xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələrinin (İMQ) rəsmi nümayəndəsi, briqada generalı Efi Defrin CNN telekanalına bildirib.

"Qarşımızda minlərlə hədəf var. Biz müttəfiqimiz ABŞ ilə koordinasiyalı şəkildə, ən azı yəhudilərin Pesax bayramınadək, indidən başlayaraq təxminən üç həftəlik nəzərdə tutulan planları həyata keçirməyə hazırıq və ondan sonrakı daha üç həftə üçün əsaslı planlarımız var", - deyə o bildirib. Marqarita pizza

Defrinin sözlərinə görə, İMQ-nin addımlarını qrafik deyil, "İran rejiminin zəiflədilməsi"ndən ibarət olan qarşıya qoyulmuş tapşırıqların icrası müəyyən edir.

Xatırladaq ki, ABŞ və İsrail fevralın 28-də İrana qarşı hərbi əməliyyata başlayıb. SEPAH İsrail, Bəhreyn, İordaniya, Qətər, Küveyt, BƏƏ və Səudiyyə Ərəbistanındakı obyektlərə hücum edərək genişmiqyaslı cavab əməliyyatına başladığını açıqlayıb./Report


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!