İsrail İranın hərbi obyektlərini bombaladı: Ölkəni partlayışlar bürüdü

saytların hazırlanması

Evə çatdırılma

İsrail İranın hərbi obyektlərini bombaladı: Ölkəni partlayışlar bürüdü

Maraqlı

29 Yanvar 2023 10:20 3994


Bu gecə İranın müxtəlif bölgələrindəki hərbi obyektlərə havadan zərbə endirilib. 

Sosial şəbəkə istifadəçiləri ölkənin paytaxtı Tehran başda olmaqla Rəşt, Təbriz, İsfahan və digər şəhərlərindən hava partlayışların əks olunduğu videolar paylaşırlar. Videogörüntülərdə hava hücumunda müdafiə sistemlərinin, həmçinin atışmaların səsləri eşidilir. Ölkənin bir sıra şəhərlərində hava həyəcanı siqnalı verilib.

İran Müdafiə Nazirliyi İsfahanda quruma aid olan zavodda partlayışın “uğursuz dron hücumu” ilə əlaqələndirsə də, ölkənin digər şəhərlərindəki olaylar barədə hələlik açıqlama verməyib. Dördpendirli pizza

Eyni zamanda, “Al Arabiya” nəşri İsrail KİV-ə istinadən bildirib ki, İsrail İran daxilində əməliyyat keçirir. 

İran Müdafiə Nazirliyi “uğursuz hücum”un məsuliyyətini heç bir konkret ölkə və ya qrupa aid etməyib.

“Yanvarın 28-i axşam saat 23:30 radələrində Müdafiə Nazirliyinin emalatxana komplekslərindən birinə dronlardan istifadə etməklə uğursuz hücum həyata keçirilib. Bir dron hava hücumundan müdafiə vasitələri ilə vurulub, digər ikisi isə müdafiə sistemləri vasitəsilə partladılıb”, - bəyanatda deyilir.

“Xoşbəxtlikdən, bu uğursuz hücum heç bir insan itkisinə səbəb olmayıb və emalatxananın damına cüzi ziyan vurub”, deyə nazirlik əlavə edib.

Daha əvvəl İsfahan qubernatorunun müavini şəhərdə güclü partlayış səsi eşidilməsi xəbərindən sonra Müdafiə Nazirliyinə bağlı obyektdə partlayış baş verdiyini təsdiqləyib.

Qeyd edək ki, hadisələr İsrailin Baş naziri Benyamin Netanyahunun Qüdsdəki terror hücumlarına dərhal cavab veriləcəyini bəyan etməsindən bir gün keçməmiş baş verir./"AzPolitika"

 

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!