İsrailin rəsmi qurum və şəxsləri İranın kəşfiyyat naziri İsmayıl Xətibinin öldürülməsi barədə məlumatlar yayıblar.
“Yeni Sabah” xəbər verir ki, İsrailin müdafiə naziri İsrail Katz mətbuatın bununla bağlı yazdıqlarını təsdiqləyib.
O bildirib ki, İ.Xətib öldürülüb. pizza sifarişi
Nazir həmçinin, əlavə sürprizlərin gözlənildiyini də deyib.
İsrail Müdafiə Qüvvələri də İsmayıl Xətibinin öldürülməsi barədə məlumat yayıb. Bildirilib ki, o, İsrail ordusunun Tehrana hava zərbələri nəticəsində ölüb.
Qeyd edək ki, İsmayıl Xətibi 2021-ci ildə Ali Rəhbər Əli Xamenei tərəfindən Kəşfiyyat naziri təyin edilmişdi.

***
13:33
İsrail İranın kəşfiyyat naziri Seyid İsmayıl Xətibi və xarici işlər naziri Abbas Əraqçini öldürməyə cəhd edib.
“Yeni Sabah” xəbər verir ki, bu barədə İsrailin “Kanal 12” və “Xəbərlər 360” informasiya portalları məlumat yayıb.
Bildirilib ki, İran XİN başçısı Abbas Əraqçi və ölkənin kəşfiyyat naziri İsmayıl Xətib hədəfə alınıb.
Mənbə bildirib ki, onların taleyi hələlik məlum deyil, amma öldürülmə ehtimalları yüksəkdir.
Aytac Əliyeva
Telegram kanalımız