İsrail İranın məşhur generalını öldürdü

saytların hazırlanması

Evə çatdırılma

İsrail İranın məşhur generalını öldürdü

Dünya

17 Mart 2026 15:11 511


İsrail Hərbi Hava Qüvvələrinin İranın paytaxtı Tehrana endirdiyi hava zərbələri nəticəsində hərbiləşdirilmiş “Bəsic” bölməsinin komandiri general Qulamrza Süleymani öldürülüb.

“Yeni Sabah” xəbər verir ki, bu barədə İsrail Müdafiə Ordusu məlumat yayıb.

Qeyd olunub ki, bu məlumat dəqiq kəşfiyyat məlumatlarına əsaslanır: pizza mizza

“Hərbi Hava Qüvvələri martın 16-da Tehranın mərkəzinə məqsədyönlü zərbə endirərək son altı il ərzində “Bəsic” bölməsinin komandiri olan Qulamrza Süleymanini öldürüb”.

Məlumata görə, “Bəsic” bölməsi daxili etirazların yatırılmasında, o cümlədən kütləvi həbslərin həyata keçirilməsində və nümayişçilərə qarşı güc tətbiqində əsas rol oynayıb.

İsrail Müdafiə Ordusu iranlı komandirlərinə qarşı əməliyyatlara qətiyyətlə davam edəcəyini açıqlayıb.

Qeyd edək ki, Q.Süleymani son altı ildə “Bəsic” bölməsinə rəhbərlik edib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!