İsrail klubu məşq və mətbuat konfransını ləğv etdi

saytların hazırlanması

Evə çatdırılma

İsrail klubu məşq və mətbuat konfransını ləğv etdi

İdman

31 İyul 2024 21:05 815


UEFA Konfrans Liqası 2-ci təsnifat mərhələsinin cavab oyununda "Sabah"ın qonağı olacaq İsrailin "Makkabi" klubunun Bakıdakı məşqi ləğv olunub.

Yenisabah.az qol.az-a istinadla xəbər verir ki, Hayfa təmsilçisinin baş məşqçi Barak Baxarın oyunöncəsi mətbuat konfransı da baş tutmayacaq.

Buna səbəb komandanın Bakıya uçuşunun ləngiməsidir. "Makkabi" gecə saatlarında Azərbaycana çatacaq. Sezar pizza

"Sabah" - "Makkabi" qarşılaşması sabah saat 20:00-da "Bank Respublika Arena"da keçiriləcək. Komandalar arasında ilk görüş Azərbaycan klubunun 3:0 hesablı qələbəsi ilə başa çatıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!