İsrail Knessetdəki səsverməni “siyasi təxribat“ adlandırdı

saytların hazırlanması

Evə çatdırılma

İsrail Knessetdəki səsverməni “siyasi təxribat“ adlandırdı

Dünya

23 Oktyabr 2025 21:19 241


İsrailin Baş naziri Benyamin Netanyahunun ofisi İordan çayının qərb sahilinin bir hissəsinin ilhaqı ilə bağlı Knessetdə keçirilən ilkin səsverməni "siyasi təxribat" adlandırıb.

Yenisabah.az xəbər verir ki, bu açıqlama ABŞ-ın vitse-prezidenti Ceyms Devid Vensin tənqidlərindən və ABŞ prezidenti Donald Trampın "İsrail bu əraziləri ilhaq etsə, ABŞ-nin bütün dəstəyini itirəcək" bəyanatından sonra verilib.

“Times of Israel” yazır ki, hər iki qanun layihəsi Knessetin müxalifət üzvləri tərəfindən dəstəklənib. pizza

Qeyd edək ki, qanun layihəsi İsraildən “İordan çayının Qərb sahilindəki Hudeya və Samariya yaşayış məntəqələri üzərində öz suverenliyini tətbiq etməyi” tələb edir./Teleqraf


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!