İsrail Livanda Hizbullah-ın avtomobilini vurdu

saytların hazırlanması

Evə çatdırılma

İsrail Livanda Hizbullah-ın avtomobilini vurdu

Dünya

02 Noyabr 2025 09:00 212


İsrail Hərbi Hava Qüvvələrinə məxsus pilotsuz uçuş aparatı Livanda “Hizbullah” hərəkatının nəqliyyat vasitəsini hədəfə alıb.

"Yeni Sabah" xəbər verir ki, bu barədə “Elnashra” xəbər portalı xəbər yayıb. Bildirilir ki, PUA-nın birbaşa zərbəsi nəticəsində avtomobil alışaraq yanıb. Hadisə zamanı dörd “Hizbullah” üzvü həyatını itirib, daha üç nəfər müxtəlif dərəcəli xəsarətlər alıb.

Hücum Livanın cənubunda, Nabatieh şəhərinin Kfar Rumman qəsəbəsi yaxınlığında baş verib. Daxili İşlər Nazirliyinin məlumatına əsasən, atəşkəs rejiminə baxmayaraq, İsrail bu ilin əvvəlindən etibarən Livan ərazisinə 4500-dən artıq zərbə endirib. Hücumlar nəticəsində 267 nəfər həlak olub, 685 nəfər yaralanıb. pizza sifarişi

 

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!