İsrail Livanda quru əməliyyatına başladı

saytların hazırlanması

Evə çatdırılma

İsrail Livanda quru əməliyyatına başladı

Dünya

30 Sentyabr 2024 23:32 423


İsrail Livanın cənubunu tanklardan kütləvi atəşə tutmağa başlayıb.

Yenisabah.az Oxu.az-a istinadən xəbər verir ki, bu barədə Livanın MTV telekanalı məlumat yayıb.

Bildirilir ki, İsrailin ilk əsas hədəfi Livanın cənubunda 20 kilometrlik təhlükəsizlik zolağı yaratmaqdır. Sezar pizza

Bundan əlavə, sərhəddə yerləşən BMT-nin Livandakı sülhməramlı qüvvələrinin (UNIFIL) təxliyə edilərək mövqelərini geri çəkdiyi barədə məlumatlar var.

Xatırladaq ki, ABŞ-nin Yaxın Şərqdəki bütün hərbi bazaları yüksək hazırlıq vəziyyətinə gətirilib.

İsrail Livanla sərhədi yaxınlığında "Hizbullah" hərəkatına qarşı hərbi əməliyyatlar keçirməsi barədə ABŞ-ni məlumatlandırıb. Bu barədə ABŞ Dövlət Departamentinin Mətbuat Xidmətinin rəhbəri Metyu Miller jurnalistlər üçün keçirdiyi növbəti brifinqdə bildirib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!