İsrail ordusu Livanın cənubunda bir binaya zərbələr endirdi

saytların hazırlanması

Evə çatdırılma

İsrail ordusu Livanın cənubunda bir binaya zərbələr endirdi

Dünya

23 May 2025 00:53 556


İsrail Hərbi Hava Qüvvələri Livanın cənubundakı Nəbatiya əyalətinin Tul şəhərində bir binaya zərbələr endirib.

Yenisabah.az xəbər verir ki, bu barədə “Al Hadath” telekanalı məlumat yayıb.

Məlumatına görə, İsrailin pilotsuz təyyarələri yaşayış məntəqəsində patrul uçuşları həyata keçirir. pizza hut

Bu gün səhər saatlarında İsrail ordusunun sözçüsü Aviçai Edri “X” hesabında bölgədəki yerli sakinlərə təcili evakuasiya çağırışı edib.

O bildirib ki, kənddə yerləşən və təqdim olunan xəritədə qırmızı ilə qeyd etdiyi bina və onun yanında yerləşən binalar “Hizbullah”ın obyektidir.

İsrail ordusu daha sonra həmin binaya zərbələr endirib./APA


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!