İsrail parlamentində qalmaqallı qanun

saytların hazırlanması

Evə çatdırılma

İsrail parlamentində qalmaqallı qanun

Dünya

11 Noyabr 2024 14:55 841


İsrail parlamenti “Knesset” 14 yaşından kiçik fələstinli uşaqlara həbs cəzasının tətbiqi ilə bağlı qanun layihəsini qəbul edib. Qalmaqallı qanunla bağlı təşəbbüs mütləq səs çoxluğu ilə təsdiqlənib.

Yenisabah.az xarici mediaya istinadən xəbər verir ki, qanuna görə, 14 və daha aşağı yaşda olan fələstinlilər terror və ya hansısa ağır cinayətdə iştirak etdiyi zaman onların qapalı cəzaçəkmə müəssisələrində qalması artıq mümkün olacaq. İlkin mərhələdə sözügedən hallarla bağlı cəza müddəti 10 gündən az olmayacaq. 

Qanun layihəsi yaxın 3 il ərzində pilot, 5 il ərzində isə əsaslı formada tətbiq ediləcək. Yeni qanun bir çox yəhudi tərəfindən belə etirazla qarşılanıb. Dominos pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!