İsrail prezidenti niyə Bakıya gəlmədi? - Qardaşlıq münasibətlərində “qordi düyünü”

saytların hazırlanması

Evə çatdırılma

İsrail prezidenti niyə Bakıya gəlmədi? - Qardaşlıq münasibətlərində “qordi düyünü”

Siyasət

17 Noyabr 2024 18:05 1644


"31 oktyabrda facebookda belə bir paylaşım etmişdim. İsrail Prezidenti İsaak Hersoq Bakıda keçiriləcək BMT-nin COP29 iqlim konfransında ölkəsini təmsil edəcəyini açıqlayıb. Gözəl xəbərdir. Kimin necə düşünməsindən asılı olmayaraq mənim Bəşəriyyətə 200-dən çox Nobel mükafatı laureatı, 100-lərlə böyük riyaziyyatçı və bəstəkar vermiş yəhudu xalqına böyük rəğbətim var. Tamamlamaq üzrə olduğum "Nobel mükafatı laureatları" kitabımın 2-ci cildi elm üzrə Nobelə layiq görülmüş alimlərin təhsili, həyatı, elmi kəşflərinə aiddir. Bu xalqın kitabxanaya, təhsilə və elmə münasibəti insanı riqqətə gətirir. Sirləri öyrəndikcə vahid bir qanunauyğunluğun mövcudluğunu dərk edirsən. Qonşu İrandan cəmi bir nəfər, Şirin Abadi Sülh üzrə Nobel mükafatına layiq görülüb. Onu da ölkədən qovublar".

Yenisabah.az xəbər verir ki, bu barədə Milli Məclisin sabiq deputatı Etibar Əliyev paylaşım edib.

Sabiq millət vəkili COP29 başlanan gündən bu möhtəşəm tədbiri maraqla izlədiyini qeyd edib: pizza hut

"Tədbirdən əvvəl və gedişat boyu iqlim dəyişiklikləri ilə bağlı 10-dan çox məqalə yazmışam. İsaak Hersoqun belə bir tədbirə qatılmamasını sezdikdən sonra məni şübhələr boğdu.

İsrail Prezidenti COP29-a gəlmədi. Səbəbi məlum olub. Buna qardaş Türkiyə maneə yaradıb. İsaak Hersoqun təyyarəsinə hava məkanı verilməyib. Bakıda keçirilən Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının iştirakçıları üçün digər dövlət, xüsusilə qardaş Türkiyə tərəfindən maneə yaradılması təəssüf doğurur".

"Mətbuatdan oxudum ki, İsrail tərəfi problemin həlli üçün Azərbaycana müraciət edib. "Təəssüf ki, diplomatik kanallar vasitəsilə bir neçə gün davam edən intensiv danışıqlar heç bir nəticə verməyib. Azərbaycan COP29-un keçirilməsi üçün inklüziv konsepsiya təqdim edir və orada bütün tərəflərin iştirakına şərait yaradır, lakin İsrail prezidentinin səfəri ətrafında vəziyyət ölkəmizdən asılı olmayan səbəblərdən yaranıb". 

Mən, Qardaş Türkiyənin “əsəbi dövlətə” çevrilməsini istəməzdim. Böyük türk xalqına döyüşkənliklə yanaşı, həm də tolerantlıq da yaraşır. “Əsəbi dövlət” anlayışı Professor Uilyam Devisə məxsusdur. Dövlətlərarası münasibətlərdə hər zaman yaxın və keçmiş tarixə istinad olunur.

Almaniyada 1933-cü ildə hitlerçi nasistlər hakimiyyətə gələndən sonra bir çox yəhudi alimləri alman ali məktəblərindən qovuldu. Bu dövrdən başlayaraq yəhudi alimləri Almaniyanı tərk edirdilər. Həmin dövrdə Atatürkün xüsusi göstərişi və proqramı əsasında Almaniyadan köçən yəhudi alimlər yüksək maaşla (hətta hər alimi maaşla təmin edilən tərcüməçi müşayiət olunmaq şərtilə) Türkiyəyə dəvət olundu. İstədikləri zaman onlara Türkiyə vətəndaşlığı verilməsi problemsiz həll edilirdi. Nəticədə, ilk növbədə İstanbul Universitetində bir çox elmlərin kafedraları və fakültələri yaradıldı, elm sahələrinin əsası qoyuldu, təhsildə rüşvətxorluq təmamilə yığışdırıldı.

Atatürk hətta baş nazir İnönüyə hirslənmişdi ki, Eynşteynin tələb etdiyi maaşı ona vermək istəmir. Baş nazir İsmət İnönü ehtiyat edirdi ki, əcnəbi alimlər nə isə bir pislik gətirərlər. Atatürkün ona yazdığı məktubunda bildirilirdi: “Elmdə millət yoxdur. Bu məsələdə sən hələ səngərlərdə qalmısan. İsmət, müharibə qurtarıb çoxdan. Elm millətə yalnız xeyir verə bilər”.

Tarixdən hər zaman örnək götürülür. Atatürkün atdığı addım dostluq münasibətləri üçün böyük bir cığır açdı.

Kimya üzrə Nobel mükafatı laureatı Aziz Sancar UNEC-in qonağı olanda onu Nobelə aparan yolda İstanbul Universitetinə təşrif buyurmuş yəhudi alimlərin əməyini xüsusi olaraq dəyərləndirmişdi. Dostluq və qardaşlıq substansional olmalıdır.

Nə qədər çalışsalar da XXI əsri barışıq və sülh əsri edə bilmirlər" - E. Əliyev fikrini tamamlayıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!