İsrail Rusiyadan COVID-19 vaksini istəyir

saytların hazırlanması

Evə çatdırılma

İsrail Rusiyadan COVID-19 vaksini istəyir

Dünya

17 Noyabr 2020 15:31 715


İsrailin Baş Naziri Binyamin Netanyahu Rusiyanın koronavirusa qarşı ixtira etdiyi “Sputnik V” adlı vaksini almaq üçün Prezident Vladimir Putinlə telefon danışığı həyata keçirib.

Yenisabah.az xəbər verir ki, Netanyahu bu barədə keçirdiyi mətbuat konfransında bildirib.

“Rusiya istehsalı olan vaksini əldə etmək üçün Putinlə danışdım. Bir neçə aya alınacaq. Tunelin sonundakı işığı görə bilərik”,- deyə Baş Nazir qeyd edib. pizza mizza

Qeyd edək ki, bu günə qədər İsraildə 325 mindən çox yoluxma, 2735 ölüm faktı qeydə alınıb. 314  270 nəfər xəstəlikdən sağalıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!