İsrail Tehranın mərkəzində nüvə alimlərini raketlə vurdu 

saytların hazırlanması

Evə çatdırılma

İsrail Tehranın mərkəzində nüvə alimlərini raketlə vurdu 

Dünya

13 İyun 2025 09:05 441


İsrailin İrana qarşı həyata keçirdiyi genişmiqyaslı hava hücumları nəticəsində ölkənin iki nüvə alimləri – Məhəmməd Mehdi Tehrançi və Fereydun Abbasi həlak olub.

“Yeni Sabah” xəbər verir ki, bu barədə məlumatı İran mediası yayıb. Rəsmi açıqlama olmasa da, sosial şəbəkələrdə paylaşılan görüntülər və yerli mənbələrin iddiasına görə, Məhəmməd Mehdi Tehrançi birbaşa Tehranın içindəki çoxmərtəbəli mənzilində, yatdığı yerdə raketlə vurularaq öldürülüb.

Fereydun Abbasi isə İranın keçmiş Atom Enerjisi Təşkilatının rəhbəri olub və ölkənin nüvə proqramının əsas memarlarından biri sayılırdı. O da bu zərbələrdə həlak olanlar arasındadır. pizza sifarişi

Qeyd edək ki, İsrailin İrana qarşı son hücumları nəticəsində bir neçə yüksək rütbəli SEPAH komandanı ilə yanaşı, nüvə proqramının beyin mərkəzləri də hədəf alınıb. Bu isə əməliyyatın sırf simvolik yox, strateji və elmi infrastruktura qarşı yönəldiyini göstərir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!