İsrail təyyarələri Suriyanın bir sıra bölgələrinə hücum etdi

saytların hazırlanması

Evə çatdırılma

İsrail təyyarələri Suriyanın bir sıra bölgələrinə hücum etdi

Dünya

03 Aprel 2025 01:59 337


İsrail Hərbi Hava Qüvvələrinə məxsus döyüş təyyarələri Suriya paytaxtının şimalındakı Masakin Berzi bölgəsində yerləşən hərbi obyektə raket zərbəsi endirib.

Yenisabah.az APA-ya istinadən xəbər verir ki, bu barədə Suriyanın "SANA" dövlət xəbər agentliyi məlumat yayıb.

Məlumata görə, hava hücumundan sonra Dəməşq və onun ətrafında güclü partlayış səsi eşidilib. Marqarita pizza

Hava hücumuna məruz qalan obyekt keçmiş Suriya ordusuna məxsus olub.

Bildirilib ki, İsrail Ordusu Həma və Homsdakı hərbi aerodromların ətrafındakı ərazilərə də hücum edib

Hücumların nəticələri barədə hələ ki, məlumat yoxdur.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!