İsrail Trampla söhbətdən sonra İrana yeni zərbələr endirməməyə qərar verdi

saytların hazırlanması

Evə çatdırılma

İsrail Trampla söhbətdən sonra İrana yeni zərbələr endirməməyə qərar verdi

Siyasət

24 İyun 2025 18:38 465


İsrailin Baş naziri Benyamin Netanyahu ABŞ Prezidenti Donald Trampla telefon danışığından sonra İrana yeni zərbələr endirməməyə qərar verib.

Yenisabah.az xəbər verir ki, bu barədə İsrail hökumət başçısının dəftərxanasının məlumatında bildirilib.

"Atəşkəs səhər saat 07:00-da müəyyən edilmişdi. Səhər saat 03:00-da İsrail Tehranın mərkəzinə güclü zərbə endirərək, rejim hədəflərinə zərbələr vurub və yüzlərlə "Bəsic" döyüşçüsünü və İran təhlükəsizlik qüvvələrini öldürüb. Atəşkəs sazişi qüvvəyə minməzdən az əvvəl İran raket zərbələri endirib", - məlumatda qeyd edilib. Dominos pizza

Məlumatda həmçinin bildirilib ki, saat 07:06-da İran İsrail ərazisinə bir raket, 10:25-də isə daha iki raket atıb.

"İranın atəşkəs pozuntularına cavab olaraq Hərbi Hava Qüvvələri Tehran yaxınlığındakı radar şəbəkəsini məhv edib. ABŞ Prezidenti Donald Trampın Baş nazir Binyamin Netanyahu ilə söhbətindən sonra İsrail əlavə hücumlardan çəkinib", - məlumatda qeyd edilib./Report


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!