İsrail türkiyəli deputatları Azərbaycana deportasiya etdi

saytların hazırlanması

Evə çatdırılma

İsrail türkiyəli deputatları Azərbaycana deportasiya etdi

Dünya

09 Oktyabr 2025 16:27 308


Qəzza sularında İsrailin blokadasını yarmaq və humanitar yardım çatdırmaq məqsədilə “Sumut Flotiliyası” ilə yola çıxan 3 türk millət vəkili İsraildən Azərbaycana deportasiya edilib. 

Yenisabah.az xəbər verir ki, onlar ölkəmizdən Türkiyəyə keçəcəklər.

Səadət Partiyasından Bursa millət vəkili Mehmet Atmaca, Hatay millət vəkili Necmettin Çalışkan və Gələcək Partiyasından Denizli millət vəkili Sema Silkin bu gün Azərbaycana göndərilib. pizza mizza

Millət vəkilləri təyyarə ilə Bakıya endikdən sonra "Türk Hava Yolları"nın reysi ilə Türkiyəyə göndəriləcəklər.

Bu həftə İsrailin gəmilərə hücum etməsindən sonra millət vəkilləri və digər aktivistlərlə əlaqə kəsilmişdi.

İsrail Xarici İşlər Nazirliyi ad çəkmədən “aktivistlərin vəziyyətinin yaxşı olduğunu” bildirmiş, Türkiyə Xarici İşlər Nazirliyi isə “məsələni yaxından izlədiyini” açıqlamışdı.

Millət vəkilləri və digər aktivistlərin səhhəti barədə hələlik məlumat yoxdur. Onlar İsrailin Ketziot həbsxanasında saxlanılıblar.

Aydan Hacı 

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!