İsrail Türkiyəyə yardım ayırdı

saytların hazırlanması

Evə çatdırılma

İsrail Türkiyəyə yardım ayırdı

Maraqlı

06 Fevral 2023 10:39 597


İsrailin Xarici İşlər Nazirliyi (XİN) Türkiyəyə yardım ayırıb. 

Yenisabah.az xəbər verir ki, bu barədə İsrailin XİN başçısı Eli Koen tviter hesabında yazıb. 

“Mən Xarici İşlər Nazirliyinə Türkiyəyə ağır fəlakətlə mübarizə üçün sürətli yardım proqramına rəhbərlik etməyi tapşırdım. Qəlbimiz həlak olanların yanındadır və yaralananların tezliklə sağalmasını arzu edirik”, - deyə XİN başçısı vurğulayıb.  pizza

Xatırladaq ki, gecə saatlarında Türkiyənin Kahramanmaraş bölgəsində 7,4 bal, Qaziantepdə isə 6,5-6,4 bal gücündə zəlzələ baş verib. Təbii fəlakət zamanı Malatya, Diyarbakır, Adana, Hatay, Kilis və Osmaniye vilayətlərində binalar dağılıb. İlkin məlumata görə, zəlzələ nəticəsində 76 nəfər ölüb, 440 nəfər yaralanıb. 

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!