İsrail və Suriyanın sentyabrın 25-də təhlükəsizlik sazişi imzalayacağı gözlənilir.
Yenisabah.az yedioth aharanoth-a istinadla xəbər verir ki, sazişin ABŞ-nin himayəsi altında Suriyanın keçid prezidenti Əhməd əl-Şaraa BMT Baş Assambleyasının sessiyasında ilk çıxışından bir gün sonra imzalanacağı gözlənilir.
Mənbələrin sözlərinə görə, ABŞ həm də əl-Şaraa ilə İsrailin baş naziri Benyamin Netanyahu arasında ABŞ prezidenti Donald Trampın iştirakı gözlənilən görüşün təşkili üzərində işləyir. Pepperoni pizza
Parisdə İsrailin strateji işlər naziri Ron Dermer və Suriyanın xarici işlər naziri Əsəd əl-Şibani arasında aparılan danışıqlarda irəliləyiş olub. Onlar bir neçə əsas məsələni müzakirə ediblər: sərhəddə vəziyyətin deeskalasiyası, Suriyanın daxili işlərinə qarışmamaq prinsipinə sadiqlik, regional sabitlik və İsraillə Suriya arasında mövcud sərhədi müəyyən edən 1974-cü il sazişinin bərpası.
Suriya mənbələri qeyd edir ki, əsas maneə İsrailin Suriyada mövcudluğunu saxlamaq istəyi olaraq qalır.
Telegram kanalımız