İsrail və Türkiyə Bakıda razılığa gəldilər

saytların hazırlanması

Evə çatdırılma

İsrail və Türkiyə Bakıda razılığa gəldilər

Dünya

22 May 2025 13:16 354


İsrail və Türkiyə Suriyada fəaliyyət göstərən iki ölkənin hərbçiləri arasında istənilən arzuolunmaz insidentin qarşısının alınması ilə bağlı prinsipial razılığa gəlib və münaqişələrin qarşısının alınması üçün qaynar xətt yaradıb.

Yenisabah.az xəbər verir ki, bu barədə "The Times of Israel" yazıb. 

Qeyd olunub ki, razılıq dünən iki ölkənin ortaq müttəfiqi olan Azərbaycanın vasitəçiliyi ilə bir aydan çox davam edən danışıqlardan sonra əldə olunub: "Qaynar xətt qoşunları ölkənin cənubunda olan İsrail ilə ölkənin şimalında hərbçiləri fəaliyyət göstərən Türkiyə arasında toqquşmaların qarşısını almaq üçün istifadə olunacaq. Dördpendirli pizza

Qüds Ankaranın Suriyaya öz qüvvələrini yerləşdirməsi ilə bağlı ümumiyyətlə sakitdir və əsas sual Türkiyənin hava hücumundan müdafiə sistemlərini və İsrailin hava fəaliyyətini izləyə bilən radarlarını harada yerləşdirəcəyidir. Danışıqlar hazırda Türkiyənin hava bazalarını ələ keçirməyə çalışdığı “Palmira xətti adlanan əraziyə” yönəlib. Bu bazalar boz zonadır, israillilər türk hərbçilərinin bu zonanın şimalında yerləşdirilməsi ilə razılaşa bilərlər"./unikal.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!