İsrail vətəndaşlarına Rusiyaya getməyi qadağan etdi

saytların hazırlanması

Evə çatdırılma

İsrail vətəndaşlarına Rusiyaya getməyi qadağan etdi

Dünya

30 May 2021 19:16 1127


İsrail Rusiya və Argentinanı vətəndaşlarına səyahət qadağası qoyduğu ölkələr siyahısına daxil edib.

Yenisabah.az xəbər verir ki, İsrail Səhiyyə Nazirliyi bunu koronavirusun geniş yayılması ilə əlaqələndirib. Nazirlikdən bildirilib ki, bu ölkələrə səyahət yoluxma riskini maksiumum dərəcədə artırır. Qadağa sabahdan etibarən qüvvəyə minir.

Nazirlik Argentina və Rusiyadan əlavə Ukrayna, Efiopiya, Braziliya, Cənubi Afrika, Hindistan, Meksika və Türkiyənin artıq "qırmızı siyahıda" olduğunu xatırladıb. Sezar pizza

Bu ölkələrə səyahət icazələri yalnız səlahiyyətli bir komissiya tərəfindən verilir. Bu ölkələrdən İsrailə geri dönənlər Səhiyyə Nazirliyinin qaydalarına uyğun olaraq evlərində karantinaya alınmalıdırlar.

Sərəncam 2021-ci ilin 13 iyununadək etibarlıdır və vəziyyətdən asılı olaraq uzadıla bilər./Modern.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!