İsrail XİN rəhbəri: Bakıya səfər etməyi səbirsizliklə gözləyirəm

saytların hazırlanması

Evə çatdırılma

İsrail XİN rəhbəri: Bakıya səfər etməyi səbirsizliklə gözləyirəm

Dünya

20 Noyabr 2025 15:04 545


İsrail xarici işlər naziri Gideon Saar Azərbaycana səfər etmək niyyətindədir.

"Yeni Sabah" xəbər verir ki, bunu İsrail XİN rəhbəri bildirib.

“Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarovla bir daha görüşməyimə şadam. Qəzzada Tramp planı və Azərbaycan-Ermənistan məsələsi, eləcə də dərinləşən ikitərəfli və iqtisadi əlaqələrimiz ətrafında yaxşı müzakirələrimiz oldu. Azərbaycanda İsrail turizmi 2025-ci ildə əhəmiyyətli dərəcədə artıb və biz bunu daha da inkişaf etdirməyə davam edəcəyik. Tezliklə Bakıya səfər etməyi səbrsizliklə gözləyirəm. Biz yaxın əlaqələrimizi daha da möhkəmləndirməyə davam edəcəyik”, - o qeyd edib. Toyuqlu pizza

Xatırladaq ki, Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov İsrailə işgüzar səfəri çərçivəsində bu ölkənin xarici işlər naziri Gideon Saar ilə görüşüb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!