İsrail Yəmənin Müdafiə Nazirliyi və Baş Qərargahına zərbələr endirdi

saytların hazırlanması

Evə çatdırılma

İsrail Yəmənin Müdafiə Nazirliyi və Baş Qərargahına zərbələr endirdi

Dünya

10 Sentyabr 2025 19:47 279


İsrail aviasiyası Yəmənin paytaxtı Sənada "Ənsar Allah" üsyançı hərəkatı husilərinin nəzarətində olan bir neçə obyektə hücum edib.

Oxu.Az TASS-a istinadən xəbər verir ki, zərbələrin əsas hədəfləri Müdafiə Nazirliyi və üsyançıların Baş Qərargahı olub.

Hazırda müvafiq xidmətlər dəymiş ziyanın miqyasını müəyyən edir və zərərçəkənlər haqqında məlumat toplayırlar. Sezar pizza

Bildirilir ki, Sənanın mərkəzindəki yanacaq anbarı və hərbi obyekt də vurulub. Hücumun digər hədəfi husi hökumətinin nəzarətində olan Maliyyə Nazirliyinin yerləşdiyi ərazi olub.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!