İsraildə daha bir iranlı casus saxlanıldı

saytların hazırlanması

Evə çatdırılma

İsraildə daha bir iranlı casus saxlanıldı

Dünya

11 Noyabr 2025 09:05 441


İsrail polisi 27 yaşlı Təl-Əviv sakininin xarici agentlə əlaqə saxlamaqda və iranlılar üçün tapşırıqlar yerinə yetirməkdə şübhəli bilərək həbs edib.

Bu barədə "Azad İran" "Telegram" kanalı məlumat verib.

Araşdırma zamanı məlum olub ki, o, sosial şəbəkələrdə İran qurumları ilə təmasda olub və pul qarşılığında müxtəlif tapşırıqlar yerinə yetirib. Dördpendirli pizza

Qeyd olunur ki, əsas vəzifələr müxtəlif yerlərin, o cümlədən Təl-Əviv muzeyinin, "Abramoviç bağı"nın və Təl-Əvivdə raket zərbəsi endirilən yerin fotoşəkillərinin çəkilməsi olub.

Məlumata görə, vəsaitlər saxlanılan şəxsin hesabına rəqəmsal cüzdanlar vasitəsilə kriptovalyuta ilə köçürülüb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!