İsraildə ehtiyatda olan 5 min hərbçi orduya çağırılır

saytların hazırlanması

Evə çatdırılma

İsraildə ehtiyatda olan 5 min hərbçi orduya çağırılır

Dünya

11 May 2021 17:27 1292


İsrail ordusu Qəzza zolağı ətrafında vəziyyətin kəskin dərəcədə kəskinləşməsinə görə ehtiyatda olan 5000 hərbçinin hərbi xidmətə çağırılmasına başlayır.

Yenisabah.az “Kaan News”a istinadla xəbər verir ki, bu barədə İsrail Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat verib.

“Müdafiə naziri Benni Qantz müxtəlif bölmələrin ehtiyatından 5000 hərbçinin səfərbər olunmasına icazə verib. pizza hut

Bazar ertəsi günündən bu yana İsrail şəhərlərinə Qəzza zolağından kütləvi raket hücumları dayanmır. İsrail mediasının hesablamalarına görə, yalnız bu gün yəhudi dövlətinə 250-dən çox raket atılıb. Ordu 200 raketi zərərsizləşdirə bilib.

Tel-Əvivin cənubundakı böyük Aşkelon və Aşdod şəhərlərinə raket atəşi davam edir. 2 nəfərin yaralandığı bildirilir.

Bölgədə gərginlik Qüdsün Şeyx Cərrah məhəlləsində fələstinlilərin yaşayış məskəninə basqından sonra başlayıb. Bundan sonra əl-Əqsa məscidinin ətrafında toqquşmalar baş verib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!