Koronavirus pandemiyası can almaqda davam edir. Son məlumatlara görə, İsraildə bu virusdan daha iki nəfər ölüb.
Yenisabah.az xəbər verir ki, ölənlərin sayı 20, yoluxanların sayı isə 5 min 358 nəfərə çatıb. Bu xəstələrdən 94-nün vəziyyəti ağır qiymətləndirilir. 224 nəfər isə müalicə alaraq tamamilə sağalıb.
Xatırladaq ki, bir müddət əvvəl İsraildə koronavirusla mübarizə çərçivəsində tədris prosesi dayandırılıb, həmçinin 2-dən çox insanın bir yerə toplaşması qadağan edilib. Market, aptek və banklar istisna olmaqla bir çox iş yeri martın 15-dən fəaliyyətini dayandırıb. Toyuqlu pizza
Telegram kanalımız