İsraildə maraqlı etiraz aksiyası – Video

saytların hazırlanması

Evə çatdırılma

İsraildə maraqlı etiraz aksiyası – Video

Dünya

20 Aprel 2020 15:11 786


İsrail müxalifəti Baş nazir Benyamin Netanyahuya qarşı etiraz aksiyası təşkil edib. 

Yenisabah.az xəbər verir ki, paytaxt Tel-Əvivdəki “Rabin meydanı”na toplaşaraq Baş nazirin istefasını tələb ediblər. Məlumata görə, aksiyada 2000 nəfər iştirak edir. Mitinqdə diqqətçəkən məqamlardan biri də etirazçıların koronavirus pandemiyasına görə tətbiq edilmiş qaydalara riayət etməsi olub. Aksiya zamanı ağ bayraqlar qaldıran etirazçılar koronavirusa görə bir-birlərindən 2 metr sosial məsafə saxlayıb. 

Mitinqdə iştirak edən müxalifət liderlərindən Yair Lapid Netanyahunu demokratiyanı sıxışdırmaqda suçlayıb.  pizza sifarişi

Netanyahuya qarşı aksiyalar ötən həftədən başlayıb. Aprelin 17-də də Təl-Əvivdə Baş nazirin əleyhdarları etiraz aksiyası keçirmişdi.

Netanyahuya etirazların səbəbi isə ona qarşı irəli sürülən korrupsiya ittihamları ilə bağlıdır. Bu məsələ məhkəmə müstəvisində araşdırılır. Pandemiyaya görə proses mayın 24-nə təxirə salınıb.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!