İsraildə vətəndaşların kütləvi peyvəndlənməsinə başlanıldı

saytların hazırlanması

Evə çatdırılma

İsraildə vətəndaşların kütləvi peyvəndlənməsinə başlanıldı

Dünya

20 Dekabr 2020 13:38 759


Bazar günü səhər İsraildə vətəndaşların koronavirusa qarşı kütləvi peyvəndlənməsinə başlanılıb.

Yenisabah.az bildirir ki, bu barədə “Kan” dövlət telekanalı xəbər verib.

Birinci mərhələdə tibb işçiləri, tibb universitetlərinin tələbələri və geriatrik mərkəzlərin əməkdaşları, eləcə də bələdiyyələrin və hakimiyyət orqanlarının nümayəndələri peyvənd olunacaq. Onlar bu şəkildə ölkə vətəndaşlarına nümunə göstərməyə çalışır. pizza sifarişi

“Koronavirusa qarşı peyvəndlənmə kampaniyası başladı, ilkin olaraq səhiyyə işçiləri və risk qruplarına daxil olanlar peyvənd ediləcək”, -  telekanalın məlumatında deyilir.

Daha əvvəl İsraildə “Pfizer” şirkətinin istehsalı olan COVID-19 peyvəndi ilk dəfə Baş nazir Benyamin Netanyahuya vurulub.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!