İsraildən xristian dünyasını qəzəbləndirən addım - REZONANS

saytların hazırlanması

Evə çatdırılma

İsraildən xristian dünyasını qəzəbləndirən addım - REZONANS

Dünya

18 İyul 2025 16:02 430


Yaxın Şərqdə vəziyyət daha da gərginləşir. İsrail ordusunun Qəzza zolağında həyata keçirdiyi hücum bu dəfə dini bir məkanı – kilsəni hədəfə alıb.

Yenisabah.az xəbər verir ki, həmin kilsədə mülki şəxslərin, xüsusilə uşaqların, yaşlıların və əlil insanların sığındığı bildirilir.

Fələstin mənbələrinin yaydığı məlumata görə, İsrailin Qəzzə şəhərinin şimal hissəsində yerləşən kilsəyə endirdiyi hava zərbəsi nəticəsində çox sayda insan həyatını itirib və yaralananlar var. Kilsə ətrafında dağıntılar yaranıb, əraziyə təcili tibbi yardım və xilasedicilər cəlb olunub. pizza

Hadisənin ardından bölgədə böyük bir humanitar böhran yaşanır. Hücumun hansı səbəbdən həyata keçirildiyi barədə İsrail tərəfi hələlik rəsmi açıqlama verməyib. Lakin beynəlxalq ictimaiyyət arasında bu hücum ciddi narahatlıqla qarşılanıb. Sosial şəbəkələrdə yayılan görüntülərdə dağıntılar altından çıxarılan uşaqlar və çarəsiz insanların görüntüləri geniş rezonans doğurub.

BMT və digər beynəlxalq təşkilatlar münaqişə zonasında mülki əhalinin qorunmasının vacibliyini bir daha vurğulayaraq, din məkanlarının və sığınacaq kimi istifadə edilən yerlərin vurulmasının beynəlxalq humanitar hüquqa zidd olduğunu xatırladıblar.

Qeyd edək ki, müharibənin başladığı gündən bu yana Qəzzədə on minlərlə insan həyatını itirib, yüz minlərlə sakin evsiz qalıb. Hücumlar davam etdikcə, mülki əhalinin vəziyyəti daha da ağırlaşır.

Aytac Əliyeva


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!