İsrailin hava limanları vuruldu

saytların hazırlanması

Evə çatdırılma

İsrailin hava limanları vuruldu

Dünya

08 Sentyabr 2025 20:37 419


Husilər İsraildə bir sıra obyektlərə, o cümlədən Təl-Əvivdəki Ben Qurion hava limanına və Eylat yaxınlığındakı Ramon hava limanına pilotsuz uçuş aparatları ilə zərbələr endirib.

Yenisabah.az xəbər verir ki, bu barədə hərəkatın hərbi nümayəndəsi Yəhya Sariya "Al Masirah" telekanalının efirində bildirib.

Onun sözlərinə görə, husilərin pilotsuz aviasiyası ardıcıl iki gündür hərbi əməliyyatlar aparır. Sezar pizza

"Son hücum zamanı onlar Ben Qurion və Ramon hava limanlarını, eləcə də Dimonadakı mühüm obyekti üç pilotsuz uçuş aparatından istifadə edərək vurublar", - Sariya bildirib.

Rəsmi İsrail strukturları hələlik bu bəyanatı şərh etməyiblər./Report


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!