İsrailin vurduğu tuneldən HƏMAS hərbi liderinin cəsədi tapıldı

saytların hazırlanması

Evə çatdırılma

İsrailin vurduğu tuneldən HƏMAS hərbi liderinin cəsədi tapıldı

Dünya

18 May 2025 13:05 319


Fələstinin radikal HƏMAS hərəkatının liderlərindən biri Məhəmməd Sinvarın cəsədi Qəzza zolağının cənubundakı tunellərdən birində tapılıb.

Musavat.com xəbər verir ki, bu barədə “Al Hadath” telekanalı məlumat yayıb.

Telekanalın mənbələrinə görə, HƏMAS siyasi bürosunun keçmiş rəhbəri Yəhya Sinvarın qardaşı və daha 10 silahlının cəsədi Xan Yunis şəhərinin altındakı tuneldə tapılıb. Toyuqlu pizza

HƏMAS hərəkatı hələlik bu məlumatı şərh etməyib.

Qeyd edək ki, mayın 13-də İsrail Müdafiə Qüvvələri Xan Yunisdəki Avropa Xəstəxanasının altındakı yeraltı qərargahı vurduğunu açıqlayıb. İsrailin dövlət televiziyası Kan xəbər verir ki, hədəf HƏMAS hərbi qanadı İzzəddin əl-Qəssam Briqadalarına rəhbərlik edən Məhəmməd Sinvar olub.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!