İsrailin yüksək vəzifəli nümayəndəsi ABŞ-də SAXLANILDI

saytların hazırlanması

Evə çatdırılma

İsrailin yüksək vəzifəli nümayəndəsi ABŞ-də SAXLANILDI

Dünya

17 Avqust 2025 10:28 428


Amerika hakimiyyəti İsrail hökumətinin kiber bölməsinin rəhbəri Artem Tomu saxlayıb.

Redaktor.az xəbər verir ki, bu barədə “The Guardian” məlumat yayıb.

Qeyd olunub ki, İsrail hökumətinin kibertəhlükəsizlik xidmətinin əməkdaşı internet üzərindən uşaqları cinsi istismara cəlb etməyə çalışan istifadəçilərlə bağlı gizli araşdırma aparan Las-Veqas polisi tərəfindən həbs edilib. Dominos pizza

O, İsraili təmsil etdiyi kibertəhlükəsizlik konfransında saxlanılıb.

Tezliklə məlum olub ki, Tom, İsrailin kiber bölməsinin baş direktoru vəzifəsini tutur və əvvəllər ölkənin baş naziri Binyamin Netanyahunun ofisində çalışıb.

Eyni zamanda, İsrailin Baş nazirin ofisi Tomun yalnız tələb olunan vizaya malik olmadığı üçün deportasiya edildiyini iddia edərək, onun saxlandığını qəti şəkildə rədd edib: “Diplomatik vizası olmayan işçi həbs olunmayıb və planlaşdırıldığı kimi İsrailə qaytarılıb”. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!